UEFA-dan azərbaycanlı hakimlə bağlı təyinat

11:13 18.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Hafta.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında qeyd olunub.

O, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək "Jelezniçar" (Pançevo, Serbiya) - "Braqa" (Portuqaliya) oyununun hakim-inspektoru olacaq.

Qarşılaşma iyulun 22-də, Pançevo şəhərində yerləşən "Mladost" stadionunda baş tutacaq.